Repressiya qurbanı yazıçı
muzeydə anılıb
Şamaxıdakı M.Ə.Sabirin ev-muzeyində görkəmli yazıçı-publisist, repressiya qurbanı Seyid Hüseynin (1887-1938) anadan olmasının 130 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib.
Muzeyin direktoru Rəqsanə Xəlilzadə məruzəsində ədibin yaradıcılığından söhbət açıb. Bildirilib ki, Seyid Hüseyn bədii yaradıcılığa 1907-ci ildə başlayıb, həmçinin qəzetlərdə, jurnallarda ədəbi-tənqidi məqalələr dərc etdirib. 20-30-cu illərdə bu gün də təravətini saxlayan, maraqla oxunan hekayələri ilə tanınıb.
Muzeyin
elmi işçisi N.Cabbarova yazıçının Azərbaycan
ədəbiyyatı və ədəbiyyat xadimləri
haqqında məqalələri, həmçinin müasir həyatdan bəhs edən hekayələri
barədə məlumat verib.
Mədəniyyət.- 2017.- 1
fevral.- S.6.