Emalatxanada görüş”lər davam edir

 

   Gənc qrafika ustası, heykəltəraş Namiq Hüseynov yaradıcılıq axtarışlarından danışıb

  

   Yanvarın 30-da Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşdırılanEmalatxanada görüşlayihəsinin ikinci tədbiri keçirilib.  

   Qalereyanın əməkdaşları gənc qrafika ustası, heykəltəraş Namiq Hüseynovun emalatxanasında onun yaradıcılığı ilə yaxından tanış olublar. Emalatxana sahibi həyat yaradıcılığı, təhsili, aldığı mükafatlar yeni yaradıcılıq axtarışları haqqında məlumat verib, gələcək planlarından danışıb.

   Qeyd edək ki, Namiq Hüseynov 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində Xalq rəssamı, professor Yusif Hüseynovun, 2009-2013-cü illərdə isə Heykəltəraşlıq fakültəsində Xalq rəssamı, akademik Tokay Məmmədovun emalatxanasında təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin FECO-nun Azərbaycan bölməsinin üzvüdür.

   Əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “Qlinkaadına Moskva Dövlət Musiqi Muzeyi Rostropoviçin ev-muzeyində saxlanılır.

   Emalatxanada görüş” layihəsi Azərbaycan təsviri sənətinin çağdaş inkişafını, rəssam və heykəltəraşların axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları toplamaq və ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Məqsəd həmçinin gənc rəssamların emalatxanalarında yaradıcı proseslərlə yaxından tanış olmaq və müzakirələrin aparılmasına təkan verməkdir.

 

 

Mədəniyyət.- 2017.- 1 fevral.- S.7.