Naxçıvan Kukla Teatrında xüsusi kateqoriyadan olan uşaqlar üçün tamaşa

 

 

   Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanı məhdud, aztəminatlı və şəhid ailələrinin uşaqları üçün “Qırmızıpapaq” tamaşası nümayiş olunub.

   Tamaşa muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

   “Qırmızıpapaq” tamaşası rus yazıçısı Yevgeni Şvartsın eyniadlı pyesinin motivləri əsasında hazırlanıb. Tamaşanın qayəsi insanları xeyirxahlığa, bir-birinə kömək etməyə, dostluqda sədaqət nümunəsi göstərməyə səsləyir.

 

Mədəniyyət.- 2017.- 1 fevral.- S.7.