İstanbulda regionun ən böyük turizm sərgisi başa çatıb

 

 

   "EMİTT 2017" sərgisində ölkəmizin turizm imkanları da nümayiş olunub

  

   Xəbər verdiyimiz kimi, yanvarın 26-dan 29-dək Türkiyənin İstanbul şəhərində “EMİTT 2017” beynəlxalq turizm sərgisi keçirilib.   

   EMİTT (East Mediterranean International Tourism and Travel) Şərqi Aralıq dənizi regionunun ən böyük turizm səyahət sərgisidir. 1997-ci ildən ənənəvi olaraq keçirilən sərgi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. TÜYAP sərgi mərkəzində 70 min kvadratmetr sahədə gerçəkləşən “EMİTT 2017”yə bu il 80 ölkədən 5 minədək şirkət təşkilat qatılmışdı.

   2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi yerli turizm şirkətləri 15-ci dəfə bu sərgidə iştirak edib.

   Ölkəmizi nazirliklə yanaşı, Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti, Bakı Turizm İnformasiya Mərkəzi, “Ritm Travel”, “The Tour”, “Dərviş Travel”, “Millennium Tourism”, “Viacaucasus”, “Aristokrat”, “Flame Tour”, “Avtoqraf Collection” turizm şirkətləri, “Duzdağ”, “Rigs Hotel” mehmanxanaları İteca Caspian” şirkəti təmsil edib.

   Sərgidə respublikamızın turizm imkanları 78 kvadratmetr sahədə qurulan milli stendimizdə nümayiş olunub.

   Açılış mərasiminə qatılan Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai, Türkiyənin mədəniyyət turizm naziri Nabi Avcı, İstanbul şəhərinin valisi Vasip Şahin bir sıra digər rəsmi şəxslər Azərbaycan stendini ziyarət ediblər.

   Sərgi günlərində stendimizə baş çəkən ziyarətçi iştirakçılara ingilis dilində müxtəlif növ reklam-çap məhsulları paylanılıb. Həmçinin sərgi çərçivəsində Azərbaycan Türkiyənin turizm sənayesi nümayəndələrinin iştirakı ilə işgüzar görüş (B2B) keçirilib.

  

Mədəniyyət.- 2017.- 1 fevral.- S.9.