Məhəbbət və gözəllik şairi
Yanvarın 30-da Xətai rayon 3 saylı MKS-də böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Məhəbbət və gözəllik şairi” adlı tədbir keçirilib.
Kitabxananın əməkdaşı Təranə Quliyeva şairin həyat və yaradıcılığından söhbət açıb. Kitabxananın direktor müavini Şamo Orucov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri - Zərəngiz Qayalı, Güləmail Murad, Əzizə Ağahüseynqızı, Təbrizə Pünhan və başqaları şairin Azərbaycan ədəbiyyatında canlı xalq danışıq dilinin yaradıcılarından olduğunu, aşıq şeirinin qoşma janrını ədəbiyyata gətirdiyini bildirib, şairə həsr edilmiş şeirlər səsləndiriblər.
Sonda
Xətai rayonu 116 nömrəli tam orta məktəbin
şagirdlərinin ifasında Vaqifin
şeirlərindən ibarət “Məhəbbət və
gözəllik şairi” adlı ədəbi-bədii
kompozisiya təqdim edilib.
Mədəniyyət.- 2017.- 1
fevral.- S.15.