“İçərişəhər”
filmi daha bir beynəlxalq festivalda
“İçərişəhər”
bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film
Festivalının “Dünya kinosu” proqramına dəvət alıb. Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival fevralın 2-dən 9-dək Benqaluru və Maysur şəhərlərində
keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”
kinostudiyasında lentə alınan ekran əsəri
bir sıra beynəlxalq festivallarda
nümayiş olunub. Filmin ssenari müəllifləri
Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu
rəssamı Bütünay Haqverdiyevdir. Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki,
Elmira Şabanova və
digərləri canlandırıblar.
Mədəniyyət.- 2017.- 3
fevral.- S.2.