Lənkəran teatrı İrana festivala və qastrola dəvət alıb
Xəbər verdiyimiz kimi,
Lənkəran Dövlət
Dram Teatrının direktoru
Tofiq Heydərov yanvarın 20-dən 31-dək İranın
paytaxtı Tehranda ənənəvi Beynəlxalq
Fəcr Teatr Festivalında qonaq qismində iştirak edib.
Festival günlərində Yaponiya,
Türkiyə, Almaniya
və İran teatrlarının tamaşalarını
izlədiyini deyən Tofiq Heydərov Lənkəran Dram Teatrı
ilə bağlı bir sıra layihələrə
dair danışıqlar
da aparıb. Belə ki, Lənkəran Dövlət Dram Teatrı
iyul ayında Tehranda keçiriləcək
“Adət və ənənə” festivalına
dəvət olunub.
İranın Ərdəbil
şəhərindəki teatr
truppasının rəhbəri Lətif Kərimi ilə
danışıqlarda isə iyun-iyul
aylarında Lənkəran Dövlət Dram
Teatrının qastrol
tamaşalarının oynanılmasına dair
razılıq əldə edilib.
Mədəniyyət.- 2017.- 3
fevral.- S.5.