“Türk
dünyasının ortaq dili
- naxışlar”
Mayın 22-dən 24-dək Bakıda “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçiriləcək.
Mədəniyyət
və Turizm Nazirliyi,
Bakı Yunus Əmrə İnstitutu
və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı
ilə baş tutacaq simpoziumda türkdilli
xalqların ortaq dili olan ornamentlərin semantikası və
onların ümumi kökləri, ortaq xalça mədəniyyətində
yer alan
naxışlarla bağlı terminlər və bu
sahədə yaşanan
problemlər, xalça sənətində
istifadə edilən naxışların digər sənət
növləri ilə əlaqəsi, müasir
dünya incəsənətində
naxışların əhəmiyyəti və digər mövzularda məruzələr dinləniləcək.
Məruzələr kitab şəklində
nəşr edilərək kitabxana və simpozium iştirakçılarına paylanacaq.
Mədəniyyət.- 2017.- 3
fevral.- S.6.