“Xocalı sülh mükafatı” incəsənət müsabiqəsi

 

  

   “Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı sülh mükafatı-2017” incəsənət müsabiqəsinə başlayıb.

   Müsabiqənin münsiflər heyətinə Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blekmen, Böyük Britaniyanın sabiq xarici işlər naziri Baronessa Manzur, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter daxildir.

   Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndiriləcək. Boyakarlıq, kollaj, qravür işiya fotoqrafiyadan istifadə edərək yaddaqalan və zəngin təxəyyüllü əsərlər təqdim edən müəlliflər qalib olacaq. Bütün iştirakçılar Böyük Britaniya parlamentində keçiriləcək və parlament üzvlərinin iştirak edəcəyi mükafatlandırma mərasiminə və sərgiyə dəvət ediləcək. Qaliblərin adları fevralın 22-də elan olunacaq.

   Müsabiqədə iştirak etmək istəyənlər khojalypeaceprize@connectpa.co.uk elektron ünvanına müraciət edə bilərlər.

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.6.