Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni əsər

 

 

 

   Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi görkəmli dramaturq Moris MeterlinqinGöy quşəsəri üzərində çalışır.

   Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov bildirib ki, əsər Azərbaycan teatrında Əbdürrəhim bəy Haqverdiyevin tərcüməsindəMavi quşadı ilə ilk dəfə 1916-cı ildə səhnələşdirilib. O dövrdən bu əsərə müraciət olunmayıb.

   Səhnə əsəri indiyədək Naxçıvan teatrlarında təqdim edilən tamaşalardan tam fərqli formada hazırlanır.

   Tamaşanın quruluşçu rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı Natəvan Qədimova, rejissoru isə Nurbəniz Niftəliyevadır. Tamaşanın mart ayının əvvəllərində təhvil veriləcəyi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.6.