Turizm sektorunun inkişafına həsr olunmuş seminar

 

 

   Mövcud imkanların təbliğində Yaponiyanın təcrübəsindən bəhs edilib

  

   Yanvarın 31-də Mədəniyyət Turizm Nazirliyinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) birgə təşkilatçılığı ilə “Park İnnhotelində ölkəmizin iqtisadiyyat, ekologiya təbii sərvətlər, kənd təsərrüfatı, nəqliyyat, təhsil nazirliklərinin turizm sənayesi nümayəndələrinin iştirakı ilə turizm sektorunun inkişafına həsr olunmuş seminar keçirilib. Seminar Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) ikinci missiyası çərçivəsində təşkil olunub.  

   Tədbirdə Mədəniyyət Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov çıxış edərək son illər ölkəmizdə bu sahədə görülən işlər haqqında danışıb. Bildirib ki, nazirliyin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri Azərbaycanın turizm potensialının dünyada təbliği ölkəmizə xaricdən daha çox turist cəlb edilməsidir. Bu məqsədlə müxtəlif ölkələrin turizm nümayəndələrinin mütəmadi olaraq respublikamıza info-turları təşkil edilir.

   Sektor müdiri müxtəlif görüşlər, yerli turizm şirkətləri ilə əlaqələrin qurulması, ölkəmizin turizm infrastrukturu ilə tanışlıq baxımından belə bir tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

   Sonra ölkə başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsihaqqında geniş məlumat verilib.

   Seminar çərçivəsində Azərbaycanın turizm sənayesinin mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılıb, turizm məkanlarının idarə edilməsi ölkənin turizm baxımından təbliği ilə bağlı Yaponiyanın təcrübəsinə dair təqdimatlar olub. Son illər turistlərin cəlb olunması istiqamətində rekord nəticələrə imza atan Yaponiyanın təcrübəsindən danışılıb.

   Qeyd edək ki, 2016-cı ildəgündoğar ölkə”yə rekord sayda turist gəlib. Yaponiya Milli Turizm Təşkilatının məlumatına görə, ötən il ölkəyə xaricdən gələn qonaqların sayı 24 milyon 390 min nəfər təşkil edib ki, bu da 2015-ci ildəki göstəricidən 4 milyon 300 min nəfər ya 21,8 faiz çoxdur. Yaponiyaya gələn turistlərin sayının artması Çin, Vyetnam digər Asiya ölkələrindən olan turistlər üçün viza rejiminin sadələşdirilməsi nəticəsində təyyarə reyslərinin gəmi kruizlərinin çoxalması ilə izah olunur.

   Seminarda JİCA-nın 1-ci missiyası zamanı aparılan tədqiqatların nəticələri təqdim olunub.

   Daha sonra ölkəmizin turizm sənayesinin nümayəndələri Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı əməkdaşlarının iştirakı ilə “workshop” təşkil olunub. Qarşılıqlı turist səfərlərinin artırılması istiqamətində fikir mübadiləsli aparılıb.

   Qeyd edək ki, missiyanın yekununda JİCA öz qrant vəsaiti hesabına Azərbaycanın turizm sənayesinin inkişafına dair layihə təklifi hazırlayıb təqdim edəcək.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.8.