Qobustan qoruğu hər fəsildə turistlər üçün maraqlıdır

 

 

   Qayaüstü rəsmlərin pasportlaşdırılması aparılır

  

   Bu ilin yanvar ayında Qobustan Milli tarix-bədii qoruğunu 4 min 600 turist ziyarət edib. Ötən ilin yanvarında isə bu rəqəm 1335 nəfər təşkil edib ki, bu da müqayisədə 3 dəfə çoxdur.

   Hazırda Çingildağda olan qayaüstü rəsmlərin pasportlaşdırılması aparılır. Belə ki, 14 qayanın tam pasportlaşdırılması tamamlanıb, bu qayaların üstündə 138-dək yeni qayaüstü rəsm tapılıb.

   Bu sözləri Qobustan Milli tarix-bədii qoruğunun baş fond mühafizəçisi Fikrət Abdullayev deyib.

   Bu istiqamətdə elmi-tədqiqat işləri davam edir. Ümumilikdə qayaüstü rəsmlərin sayının 6 minədək olacağını gözləyirik. Qoruqda yeni turist marşrutları da fəaliyyətə başlayıb. Əvvəllər turist marşrutları təkcə Böyükdaş dağındaydısa, indi KiçikdağÇingildağa da turist marşrutları açılıb. Yanvar ayında aparılan monitorinqin nəticəsinə görə, qoruğa daha çox Sinqapur, İndoneziyaKoreya Respublikasından gələnlər üstünlük təşkil edir”, - deyə o bildirib.

  

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.8.