Şair İlyas Tapdığın xatirəsi anılıb

 

 

   Fevralın 2-də tanınmış şair, naşir, maarifpərvər ziyalı İlyas Tapdığın anma mərasimi keçirilib. Mərasimdə şairin yaradıcılığından söz açılıb, onunla bağlı xatirələr söylənilib.

   Bildirilib ki, tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə ədəbiyyata gələn İlyas Tapdığın yaradıcılığına Xalq şairi Səməd Vurğun böyük qiymət verib. Diqqətə çatdırılıb ki, Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan İlyas Tapdıq bu ədəbiyyatın inkişafına mühüm töhfələr verib.

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.10.