“Azərxalça”nın məhsulları Avropa bazarına ixrac olunacaq
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda “Azərxalça” ASC-nin filiallarının sayının bu il 10-a çatdırılacağı ilə bağlı səsləndirdiyi fikir bizim üzərimizə böyük məsuliyyət qoyur.
Bu sözləri “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib. O bildirib ki, artıq Füzuli rayonunun Horadiz şəhərində xalça emalatxanası fəaliyyət göstərir. Mart ayının sonunda Şəmkirdə bir filialımız hazır olacaq. Ondan sonra bu ilin sonunadək Tovuz, Ağstafa, Qazax, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı və Ağdam rayonlarında filiallar açılacaq.
Filiallarda
istehsal olunacaq məhsulların
satış məsələsinə toxunan
V.Muradov qeyd edib ki, bununla
bağlı heç bir
problem yoxdur. “Azərxalça”
bu il yanvarın 14-dən
17-dək Almaniyanın Hannover şəhərində
keçirilən DOMOTEX beynəlxalq satış-sərgisində
iştirak edib. Sərgidə
avropalılar Azərbaycan xalçasına xüsusi
maraq göstəriblər. Hazırlanan məhsulların
da mühüm bir hissəsi Avropa
bazarına ixrac olunacaq.
Mədəniyyət.- 2017.- 3
fevral.- S.13.