“Xocalısız 25 ilmövzusunda müsabiqəyə start verilib

 

 

 

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Xocalısız 25 ilmövzusunda rəsm sərgi-müsabiqəsinə start verib.

   BŞTİ-dən bildiriblər ki, 6-9, 10-14 və 15-18 yaşlı uşaq və yeniyetmələr arasında təşkil edilən müsabiqənin birinci mərhələsi fevralın 1-dən 20-dək ümumitəhsil müəssisələrində keçiriləcək.

   Birinci mərhələdə fərqlənən rəsmlərin müəllifləri müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İkinci mərhələdə hər yaş qrupu üzrə üç qalib seçiləcək. Qaliblər müəyyənləşdirilərkən rəsmin mövzuya uyğunluğu, orijinallığı, üslubuişin görülmə keyfiyyəti nəzərə alınacaq.

   Müsabiqənin qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, onlarda doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və istedadlı şagirdləri aşkara çıxarmaqdır.

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.15.