Eynəli bəy Sultanovun
publisistik yaradıcılığı
Topluya müəllifin rus dilində məqalələri
daxil edilib
Görkəmli maarif xadimi,
yazıçı-dramaturq, publisist, tərcüməçi,
folklorşünas Eynəli
bəy Sultanovun
(1866-1935) publisistik yaradıcılığına
həsr olunan kitab çapdan çıxıb.
Rus dilində işıq
üzü görən
“Eynəli bəy Sultanov. Publisistika” adlı kitab AMEA-nın vitse-prezidenti, Nizami adına
Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli tərəfindən tərtib
olunub. Nəşrin redaktoru E.Sultanov
irsinin tədqiqatçısı,
filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovdur.
E.Sultanovun qəzetçilik fəaliyyətinin böyük
bir qismini Tiflisdə və Bakıda rusdilli mətbuatda çap olunan məqalələri təşkil edir. İlk qələm təcrübələrini “Tərcüman”da
çap etdirən müəllif sonralar bir sıra rusdilli
qəzetlərdə, eləcə
də “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir” (həmin
qəzetin əlavəsi
olan “İşıq yol”), “Dan ulduzu”, “Şərqi-rus”, “Yeni yol”, “Qızıl şəfəq” kimi qəzet, jurnal və məcmuələrdə
mütəmadi olaraq bədii, publisistik, tənqidi yazılarla çıxış edib.
O, həmçinin müxtəlif
illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin şöbə
müdiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru (1921-1923), “İşıq
yol” qəzetinin məsul katibi (1924-1926), “Zakavkazskaya reç” qəzetində tərcüməçi
işləyib.
Eynəli bəy məqalələrində
ümumilikdə 20-dən çox
fərqli imzadan istifadə edib. Kitabda onun rus dilində
250-yə yaxın məqaləsi
yer alıb. Bu nümunələr təkcə Eynəli bəyin publisistik fəaliyyətinin öyrənilməsi
baxımından yox, həm də Azərbaycan mətbuat tarixinin, mədəni fikrinin, bütövlükdə
müəyyən bir dövrün öyrənilməsi
baxımından əhəmiyyətlidir.
F.Yunisli
Mədəniyyət.- 2017.- 3
fevral.- S.15.