“Məhəbbət əfsanəsi” baleti yenidən Sankt-Peterburq
səhnəsində
Martın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Bu barədə məlumat teatrın saytında yer alıb.
Qeyd
edək ki, dünya
şöhrətli əsərin ilk
premyerası da 1961-ci il
martın 23-də Leninqrad Akademik
Opera və Balet
Teatrında (indiki Mariinsk
Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, parlaq
xoreoqrafiyası (Yuri Qriqoroviç)
onu balet sənətinin
daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Türk şairi və dramaturqu Nazim Hikmətin pyesi əsasında
yaradılan baletin uğur
sirlərindən biri də onun dramaturgiyasındadır. İllüstrativ
təfərrüatları minimuma endirən
baletin dramaturgiyası sırf rəqs
formaları üzərində qurulub.
Mədəniyyət.- 2017.- 8
fevral.- S.3.