Milli Kitabxanada
beynəlxalq treninq
Fevralın 6-da Azərbaycan Milli Kitabxanasında “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq işə başlayıb.
Açılış tədbirində kitabxananın direktoru Kərim Tahirov çıxış edərək treninqin üstünlüklərindən danışıb, layihəyə qatılan əməkdaşlara uğurlar arzulayıb.
Treninq “Innovative
Interfaces Global Ltd.”nin əməkdaşı
Yana İlavska tərəfindən
aparılır.
Fevralın 11-dək
davam edəcək treninqdə şirkətin
məhsulu olan “Virtua”
avtomatlaşmış kitabxana sistemində
mövcud yeniliklər, kitab
verilişi, oxucu
qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi,
avtoritet faylların qaydaya
salınması, indekslərin optimallaşdırılması, dövri mətbuat məqalələrinin
axtarış interfeysinin
hazırlanması, biblioqrafik
yazıların təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunur.
Mədəniyyət.- 2017.- 8
fevral.- S.4.