Uşaq incəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi

 

 

 

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayon nümayəndəliyində uşaq incəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib.

   Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Əzizova açaraq qədim Şuşanın maddi-mənəvi sərvətləri, rayonun işğalından sonra mədəniyyət müəssisələrinin bərpası və fəaliyyəti, mədəniyyət işçilərinin qazandıqları nailiyyətlər, respublika əhəmiyyətli, eləcə də beynəlxalq müsabiqə və festivallarda iştirakları haqqında geniş məlumat verib.

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” ölkə başçısının 29 mart 2016-cı il tarixli sərəncamının icrasının təmin edilməsi, regional idarənin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, o cümlədən bu fəaliyyətin kütləvi informasiya vasitələrində işıqlandırılması barədə geniş məlumat verib, irad və təkliflərini bildirib.

   Regional idarənin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, uşaq incəsənət və musiqi məktəblərinin direktorları Raqif Məhərrəmov, Mirkamil Ağamirov, Fikrət Mikayılov, Gülşən Əzizova çıxış edərək fəaliyyətləri haqqında qısa arayış verib, perspektiv planlar barədə danışıblar.

  

Mədəniyyət.- 2017.- 8 fevral.- S.4.