“Könüllülər hərəkatı
fotoqrafların gözü ilə”
Fevralın 8-də 2 saylı Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə” I ümumrespublika açıq fotosərgisi keçiriləcək.
AFB-dən
bildirilib ki, sərginin
əsas məqsədi könüllülər hərəkatının
təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini
fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etdirməkdir.
Mədəniyyət.- 2017.- 8
fevral.- S.6.