Musiqili Teatrın Baladadaşı “İlin aktyoru” oldu
Gənclər və İdman
Nazirliyi Gənclər
Günü münasibətilə
2016-cı ildə fəaliyyəti
ilə fərqlənmiş,
uğur qazanmış
gəncləri mükafatlandırıb.
“İlin
gənc aktyoru” nominasiyasında mükafata
Azərbaycan Dövlət
Musiqili Teatrının
aktyoru Əmrah Dadaşov layiq görülüb. Əmrah
Dadaşov ötən
il Xalq
yazıçısı Elçinin
məşhur hekayələri
əsasında səhnələşdirilmiş
“Baladadaşın toy hamamı”
musiqili lirik komediyasında baş qəhrəmanı - Baladadaş
obrazını canlandırmaqla
böyük səhnəyə
gəlib, tamaşaçıların
rəğbətini qazanıb.
“Özümü
çox xoşbəxt hiss
edirəm. Düşünürəm ki, bu mükafat təkcə mənə
yox, mənim simamda həm
də teatrımızın gənclərinə, bizə bu işdə dəstək olan
insanlara verilib. Musiqili Teatrın direktoru
Əliqismət Lalayevə təşəkkür edirəm ki, hələ tələbə ikən bu obrazı mənə etibar
etməklə böyük etimad
göstərdi. Baladadaş rolu mənim həyatımda dönüş
nöqtəsi olmaqla yanaşı, həm
də çox düşərli oldu. Çalışacağam ki,
bundan sonra
uğurlarım daha da
çox olsun”, - deyə
aktyor bildirib.
Mədəniyyət.- 2017.- 8
fevral.- S.6.