Bura Azərbaycandır”

 

 

   Turizmi təbliğ edən rəsm müsabiqəsi

  

   Ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə müxtəlif yaş kateqoriyasında rəssamların qatıla biləcəyi “Bura Azərbaycandır” adlı müsabiqəyə start verilib.

   Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşır.

   Layihənin məqsədi turizm sektorunun inkişafında rəssamların rolunu artırmaq və şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə tanış etməkdən ibarətdir. Müsabiqə iştirakçıları öz işlərini əsasən kağız üzərində fərqli üslublarda işləməli, ölçüsü 30x40 santimetrdən böyük olmayan sənət əsərləri təqdim etməlidirlər. Müsabiqədə son qeydiyyat tarixi 5 apreldir. Yekun sərgi mayın 12-də açılacaq.

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.8.