Milli İncəsənət Muzeyində
növbəti aksiya
Bakı
sakinləri və şəhərin qonaqları üçün
Fevralın 11-də Milli İncəsənət Muzeyində növbəti aksiyaya start veriləcək. Muzeydən bildirilib ki, iki gün davam edəcək aksiya çərçivəsində muzeyə giriş 1 AZN məbləğində təşkil ediləcək.
Bu məqsədlə muzeyin rəhbərliyi paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olan hər kəsi bu fürsətdən yararlanmağa dəvət edir.
Aksiya
çərçivəsində iştirakçılar muzeyin zəngin ekspozisiyası, milli
dəyərlərimiz və dünya mədəni
irsini özündə əks etdirən əsərlərlə
tanış ola biləcəklər. Həmçinin
qonaqları müxtəlif viktorinalar, tematik ekskursiyalar (Azərbaycan
və rus dillərində) və digər əyləncəli
proqramlar gözləyir.
Mədəniyyət.- 2017.- 8
fevral.- S.8.