Tanınmış pianoçuSarı gəlin”i yeni aranjimanda təqdim edib

 

 

   Tanınmış pianoçu, cazmen Elçin Şirinov Azərbaycan xalq mahnısıSarı gəlin”i Fransanın “Recall Studio Pompignanstudiyasında ifa edib. Bu barədə sənətçi özü məlumat verib. Xalq mahnısı E.Şirinovun aranjimanında məşhur cazmenlərlə birlikdə səsləndirilib.

   İfaçını zərb alətlərində Eric Harland (ABŞ), elektrik bassda Linley Marf (Fransa), şeypurda Avishay Cohen gitarada Yotam Silberstein (İsrail) müşayiət ediblər.

  

Mədəniyyət.- 2017.-8 fevral.- S.10.