BMT nümayəndələri tarix-diyarşünaslıq muzeyində olublar

 

 

 

   BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cənubi Qafqaz üzrə regional nümayəndələri Abşeron rayon Masazır qəsəbəsində qaçqınlar üçün inşa edilən yeni yaşayış massivinə baş çəkiblər.

   Qonaqları Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan nümayəndəliyi üzrə baş məsləhətçisi Mehman Nəsirov müşayiət edib.

   Səfər çərçivəsində Zəngilan Tarix-Diyarşünaslıq Muzeyində rayonun tarixini əks etdirən eksponatlarla və fotostendlə tanışlıq olub. Nümayəndə heyətinə Ermənistanın işğalı altında olan Zəngilan rayonunun tarixi, maddi-mədəni sərvətləri haqqında geniş məlumat verilib.

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.11.