“Müasir kitabxana necə olmalıdır?”
Regional yaradıcılıq müsabiqəsi
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilati dəstəyi ilə “Müasir kitabxana necə olmalıdır?” mövzusunda oxucular arasında regional yaradıcılıq müsabiqəsi keçirir. Müsabiqənin məqsədi kitabxanaların işində əsaslı dəyişikliklər edilməsi, oxuculara səmərəli xidmətin təşkili və ədəbiyyatın təbliğinə müasir yanaşmanın tətbiq olunmasıdır.
Müsabiqədə bütün yaş kateqoriyalarından oxucular iştirak edə bilər. İştirakçılar ənənəvi yaradıcılıq işləri (esse, şeir, inşa, məqalə, rəsm, fotoreportaj və s.) və kompüterdən istifadə etməklə interaktiv plakat, video-rolik və s. təqdim edə bilərlər. Kiçikyaşlı uşaqlar üçün “Gələcəyin kitabxanasını çəkirəm” adlı xüsusi nominasiyada isə orijinal rəsmlər qəbul olunur. İşləri müsabiqəyə 20 aprel tarixinədək göndərmək olar.
Ətraflı məlumatı
saytından və Neftçala MKS-nin facebook səhifəsindən
ala bilərsiniz.
Mədəniyyət.- 2017.-8 fevral.-
S.11.