Kinorejissor Rafiq Dadaşov dünyasını dəyişib

 

 

 

   Əməkdar mədəniyyət işçisi, kinoteleviziya rejissoru Rafiq Dadaşov fevralın 5-də dünyasını dəyişib. Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

   Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsini (qiyabi) bitirib. Moskvada Dövlət Kino Komitəsinin nəzdində Ali ikiillik kinorejissorssenarist kurslarında (1969-1971) oxuyub.

   1964-cü ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi kimi işə başlayıb. Bir sıra filmlərin ikinci rejissoru olub: “Dantenin yubileyi”, “Yol əhvalatı”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Qətl günü” və s. Həmçinin 1995-ci ildən fasilələrlə Azərbaycan TeleviziyaRadiosundaSabah” yaradıcılıq studiyasında, "Aztelefilm" birliyində çalışıb, sənədli filmlər çəkib.

   2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

   Rafiq Dadaşov Bakıda dəfn olunub.

   Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.14.