Emalatxanada görüş”lər davam edir

 

   Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşanEmalatxanada görüşlayihəsi davam edir.

   Fevralın 6-da layihə üzrə növbəti görüş gənc rəssam Nərminə Vəliyevanın emalatxanasında keçirilib. Qalereyanın əməkdaşları rəssamın yaradıcılığı ilə yaxından tanış olublar. Rəssam öz həyatı, təhsili, çəkdiyi əsərləri, fərdi sərgiləri, aldığı mükafatlar, yeni yaradıcılıq axtarışları gələcək planları haqqında danışıb.

   Nərminə Vəliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinin bakalavr (2006-2010) magistr (2010-2012) pillələrini fərqlənmə diplomu ilə bitirib. Hazırda həmin tədris ocağının dissertantıdır. 2006-cı ildən Dünya Uşaq Yaradıcılıq Fondunun, 2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

   Gənc olmasına baxmayaraq bir sıra beynəlxalq simpozium sərgilərin iştirakçısı olub. Eyni zamanda Azərbaycanda da çoxsaylı sərgilərdə iştirak edib, diplomlarla təltif olunub. 2010-cu ildə gənclər arasındaİlin ən yaxşı rəssamıadına layiq görülüb, 2012-ci ildən isə Prezident təqaüdçüsüdür. Gənc rəssamın əsərləriMicrosoft”un prezidenti Bill Qeyts, Fransanın eks-prezidenti Jak Şirak, Estoniyanın mədəniyyət naziri Urnas Past s. tanınmış insanların şəxsi kolleksiyalarında saxlanılır.

   Emalatxanada görüş” layihəsi Azərbaycan təsviri sənətinin çağdaş inkişafını, rəssam və heykəltəraşların yaradıcılıq axtarışlarını, üslub özəlliklərini, orijinal ideyalarını ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.16.