ArzuMurad” Xocalı faciəsinin ildönümündə nümayiş etdiriləcək

 

 

   Fevralın 24-də Gənc Tamaşaçılar Teatrının kollektivinin iştirakı ilə Pirallahı qəsəbə Mədəniyyət evində Xocalı faciəsi qurbanlarının xatirəsi anılacaq.

   Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə teatrın repertuarında olan Sevinc Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “ArzuMurad” tamaşası nümayiş etdiriləcək.

   Fevralın 26-da isə tamaşa teatrın öz səhnəsində təqdim olunacaq.

   Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyindən bəhs edən tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.2.