Müasir incəsənətə həsr olunmuş seminar

 

 

   Fevralın 17-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında sənətşünas-ekspert, ukraynalı rəssam Yuliya Tarasenkonun rəhbərliyi ilə müasir incəsənətə həsr olunmuş seminar təşkil olunacaq.

   Emalatxana” layihəsi çərçivəsində keçiriləcək seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Rus dilində aparılacaq seminara arzu edənlər qatıla bilərlər.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.2.