Əməkdar artist Varşava Böyük
Teatrında çıxış edəcək
Azərbaycanın Əməkdar artisti, balerina Çinarə Əlizadə fevralın 8-də və martın 1-2-də Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki - Opera Narodowa) L.Minkusun “Don Kixot” üçpərdəli baletində çıxış edəcək.
Həmvətənimiz
fevralın 10-da və 12-də isə “Don Kixot” baletində Kitri-Dulsineya
obrazını canlandıracaq. Çinarə Əlizadə Moskvada doğulub. Moskva Dövlət Xoreoqrafiya
Akademiyasında təhsil alıb. A.Adanın “Jizel”,
P.Çaykovskinin “Sonalar
gölü”, “Şelkunçik”,
“Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka” və digər səhnə əsərlərində
çıxış edib. Rusiya Böyük Teatrının
solisti, 2016-cı ildən
Polşa Milli Baletinin birinci solistidir.
Mədəniyyət.- 2017.- 10
fevral.- S.4.