Nazirlik tərəfindən mehmanxanalara dərəcə sertifikatları verilib
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.
Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Fevral ayı ərzində AZS 745-2015 Dövlət Standartına uyğun olaraq “Qalaaltı Hotel & Spa” kompleksinə (Şabran) 5 ulduz, Bakıdakı “Joyy Hotel & Spa” mehmanxanasına isə 4 ulduz dərəcə sertifikatları verilib.
Respublika
ərazisində təsnifatdan keçmiş
mehmanxana və mehmanxana
tipli obyektlərin sayı 127-yə
çatıb. Siyahı ilə bu linkdə
tanış ola bilərsiniz: http://mct.gov.az/upload/1486554083ulduz-alan-mehmanxanalar.pdf
Mədəniyyət.- 2017.- 10
fevral.- S.9.