Rusiyalı tarixçiyə medal
təqdim edilib
Fevralın 9-da
AMEA Hüquq və İnsan Haqları İnstitutunda rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsova “Professor Rövşən Mustafayev”
adına medalın təqdimetmə
mərasimi keçirilib.
İnstitut tərəfindən təsis edilmiş mükafat O.Kuznetsova Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
mövzusunda araşdırmalar
apararaq münaqişə
barədə həqiqətləri
dünya birliyinə düzgün, təkzibolunmaz
faktlarla çatdırdığına
görə təqdim olunub.
Hüquq
və İnsan Haqları İnstitutunun
direktoru, Milli Məclisin
deputatı Aytən Mustafayeva O.Kuznetsovun “XX əsrdə transmilli
erməni terrorizmi. Tarixi-kriminoloji
tədqiqat” kitabının əhəmiyyətini
vurğulayıb.
Mədəniyyət.- 2017.- 10
fevral.- S.13.