Özbəkistanda ölkəmiz haqqında
növbəti məqalə müsabiqəsi
2013-cü ildən başlayaraq Özbəkistandakı səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi ilə yerli mətbuatda ölkəmizin, iki ölkə arasında dostluq əlaqələrinin təbliği məqsədilə “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsi keçirilir. Müsabiqəyə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti də dəstək verir.
Layihə əsasında 2017-ci il üzrə növbəti müsabiqə elan olunub. Müsabiqə “Azərbaycan və islam həmrəyliyi”, “Azərbaycanda ekoturizm və tibbi-müalicəvi turizm”, “Azərbaycan-Özbəkistan tərəfdaşlığı: qədimlikdən müasirliyə” mövzusunda nominasiyalar üzrə keçirilir. Bununla yanaşı, Özbəkistan mətbuatında Azərbaycanla bağlı materiallar dərc edən, səfirliyin və AMM-in tədbirlərini il ərzində geniş işıqlandıran media qurumları, eləcə də şair, yazıçı və alimlərin ölkəmizlə bağlı əsərlərinin “İlin ən yaxşı kitabı”, “İlin ən yaxşı tərcümə əsəri” nominasiyaları üzrə, həmçinin bu ölkədə mədəniyyətimizi təbliğ edən və ictimaiyyət arasında öz aktivliyi ilə seçilən tanınmış ziyalıların da mükafatlandırılması nəzərdə tutulur.
“Artıq
4 ildir ki, keçirilən
müsabiqə nəticəsində özbək mətbuatında
Azərbaycan haqqında çoxlu sayda məqalələr dərc olunub. İnternet
resurslarında özbək dilində Azərbaycan seqmenti üzrə axtarış apararkən
çoxsaylı informasiyalar əldə
etmək mümkündür”, - deyə AMM-in direktoru Samir Abbasov bildirib.
Mədəniyyət.- 2017.- 10
fevral.- S.15.