“Azərbaycan - yurdum mənim”
Ölkəmizdə
yaşayan xalqların rəqsləri nümayiş olunub
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“Asan xidmət”) birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalı çərçivəsində Bakı Xoreoqrafiya Akademiyası rəqs-tamaşa təqdim edib.
Akademiyanın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim olunan “Azərbaycan - yurdum mənim” adlı rəqs-tamaşada 16 rəqs yer alıb. Proqram Azərbaycanda yaşayan bir çox xalqların rəqslərini, o cümlədən “Sarı gəlin”, “Cəngi”, “Qazağı”, “Uzundərə”, “Qaytağı”, “Şalı-şalı”, “Dili-dili”, “Yəhudi rəqsi”, “Malakan rəqsi”, “Yüz bir”, “Heyvagülü”, “Köçəri yallısı” kimi nümunələr nümayiş olunub.
Tamaşanın
müəllim-xoreoqrafları Bakı Xoreoqrafiya
Akademiyasının müəllimləri - Kamilə Əliyeva,
əməkdar artistlər Səbinə Qasımova, Sənan Hüseynli, Xalq artisti, Prezident
mükafatçısı Yusif
Qasımovdur. Rəqs-tamaşada Bakı Xoreoqrafiya
Akademiyasının tam orta,
orta ixtisas, bakalavr və magistratura
pillələrinin şagird və tələbələri
iştirak edib.
Mədəniyyət.- 2017.- 10
fevral.- S.16.