“Sonsuz dəhliz” sənədli
filmi Praqada göstəriləcək
Fevralın 27-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi ilə Praqada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsini təşkil edəcək. Tədbirdə “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunacaq.
“Sonsuz dəhliz” filmi prodüser Aleksandras Brokas (Litva) və “Qremmi” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.
Film Xocalı dəhşətlərinin
şahidi olan
litvalı jurnalist Riçard
Lapaitisin faciədən 20 il
sonra Azərbaycana gələrək qətliamdan
xilas olmuş hadisə
şahidləri ilə görüşlərində lentə
alınmış xatirələri və Ermənistan tərəfindən
faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə
müsahibəsi əsasında qurulub.
Mədəniyyət.- 2017.- 15
fevral.- S.2.