Görkəmli bəstəkarların
yubileyləri silsilə tədbirlərlə qeyd
olunacaq
2017-ci il ölkəmizin musiqi mədəniyyətində əlamətdar hadisələrlə zəngindir. Bu il dövlət başçısının sərəncamlarına əsasən tanınmış bəstəkarlar, xalq artistləri Cövdət Hacıyev və Tofiq Quliyevin anadan olmasının 100 illiyi qeyd ediləcək. Azərbaycan Bəstəkarlar İttifaqı hər iki sənətkarın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirməyi nəzərdə tutur.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, görkəmli musiqi xadimlərinin yubileyləri münasibətilə konsertlər, onların yaradıcılığına həsr olunmuş konfranslar keçiriləcək.
Bununla
yanaşı, dahi bəstəkar və pedaqoq Qara Qarayevin
2018-ci ildə qeyd olunacaq
100 illiyi ərəfəsində də Bəstəkarlar
İttifaqı konsertlər və elmi konfranslar keçirməyi nəzərdə tutur. Son illərdə Bəstəkarlar
İttifaqının Ü.Hacıbəyli adına konsert zalında müntəzəm olaraq “Azərbaycan bəstəkarlarının
əsərləri gənc ifaçıların təqdimatında”
layihəsi üzrə silsilə konsertlər keçirilir.
Bu il ərzində
keçiriləcək həmin silsilə konsertlərin
proqramları yubilyar-bəstəkarların
yaradıcılığına əsaslanacaq. Artıq hazır
olan musiqişünaslıq işləri musiqi ictimaiyyətinə təqdim olunacaq, həmçinin Qara
Qarayevin yaradıcılığına həsr
olunmuş yeni musiqi-nəzəri
işlərin yaradılması təşəbbüsü irəli
sürüləcək.
Mədəniyyət.- 2017.- 15
fevral.- S.3.