Almaniya orkestri Firəngiz
Əlizadənin əsərlərini ifa edib
Almaniyanın “H.Sikorski” musiqi jurnalının üz qabığında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin portreti verilib, nəşrdə 2017-ci ilin dünya şöhrətli bəstəkarın yubiley ili olması barədə məqalə dərc edib.
Məqalədə Firəngiz Əlizadənin bir sıra ölkələrdə müəllif konsertlərinin, müxtəlif əsərlərinin ifasının planlaşdırıldığı qeyd olunur. Diqqətə çatdırılır ki, ABŞ-ın “Kronos” kvarteti Firəngiz xanımın “Oazis”, “Muğamsayağı”, həmçinin yeni “Rəqs” kvarteti ilə qastrollara start verib.
Almaniyanın “Drezden Simfonietta” orkestri ötən ay Polşada müvəffəqiyyətlə çıxış edərək F.Əlizadənin “Crossing-II” əsərini müasir musiqinin pərəstişkarlarına təqdim edib. Fevralın əvvəlində isə orkestr Drezdendə maraqlı repertuarla çıxış edib.
Konsertdən əvvəl çıxış edən Firəngiz Əlizadə tamaşaçıların suallarını cavablandıraraq, öz yaradıcılıq üslubu haqqında və ifa olunan əsərin yaranma tarixi barədə məlumat verib.
Almaniyanın məşhur
musiqişünası Silviya Metsger, orkestrin dirijoru Mixail Hortsmann bəstəkarın əsərləri
haqqında danışıblar. Konsert Firəngiz
Əlizadənin əsərinin səslənməsi ilə davam edib.
Mədəniyyət.- 2017.- 15
fevral.- S.3.