Xalq artisti Belarus teatrında çıxış
edəcək
Fevralın 18-də
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti,
professor Azər Zeynalov
Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış
edəcək.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, A.Zeynalov italyan bəstəkarı R.Leonkovallonun
“Payatsı” operasında
əsas partiyalardan biri - Kanio partiyasını
ifa edəcək.
20 ildən artıqdır ki, Opera və Balet Teatrının səhnəsində
çıxış edən Xalq artisti milli və klassik opera
tamaşalarında bir çox
parlaq obrazlar
yaradıb. Kanio onun böyük ustalıqla ifa
etdiyi vokal
obrazlardandır.
Mədəniyyət.- 2017.- 15
fevral.- S.2.