Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin Əsasnaməsində dəyişiklik
edilib
Prezident İlham Əliyev fevralın 13-də “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilərək qurumun rəis müavinlərinin sayı ikiyə çatdırılıb.
Mədəniyyət.- 2017.- 15
fevral.- S.2.