Milli Dram Teatrının kollektivi cənub bölgəsində qastrolda
Fevralın 14-də Akademik Milli
Dram Teatrının kollektivi
“Vəsiyyət” tamaşası
ilə cənub bölgəsinə qastrol səfərinə yollanıb.
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun
“Axirətdən gələn
zəng” pyesi əsasında səhnələşdirilən
tamaşa Lənkəran,
Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlər
üçün nümayiş
olunacaq. İkihissəli
“qara komediya”nın
quruluşçu rejissoru
Əməkdar artist Firudin
Məhərrəmov, rejissoru
Əlif Cahangirli, səhnə tərtibatçısı
Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı
Kamil İsmayılovdur.
Səhnə əsərində
əməkdar artistlər Abbas Qəhrəmanov,
Münəvvər Əliyeva, Mirzə Ağabəyli, Almaz Amanova, Kazım Həsənquliyev
və başqaları çıxış edir.
Mədəniyyət.- 2017.- 15
fevral.- S.4.