Gənc yazarın kitabı təqdim edildi
Fevralın 11-də “Kitabevim.az” kitab mağazasında gənc yazar Pərviz Seyidlinin “Pişik qız” kitabının və fotosərgisinin təqdimatı keçirildi.
Təqdimatda çıxış edən Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi gənc müəllifin yaradıcılığından söz açdı.
Bildirdi ki, onun özünəməxsus
dünyagörüşü Azərbaycan gəncinin bugünkü ədəbi
mühitdə rolunu ifadə edir. Hekayə və şeirləri mütəmadi olaraq “Ulduz” və “Azərbaycan” jurnallarında
çap edilir.
Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova Pərviz Seyidlini həm də zövqlü musiqi duyumuna malik gənc rejissor kimi yüksək
dəyərləndirdi, ona
gələcək işlərində
uğurlar arzuladı.
Tənqidçi
Əsəd Cahangir, fəlsəfə doktoru
Mail Yaqub, rejissor Yaşar Əhməd və digərləri “Pişik qız” romanındakı obrazlar, əsərin bədii məziyyətləri haqqında
danışdılar. Sonda müəllif
tədbirə qatılan
hər kəsə təşəkkürünü bildirdi.
Qeyd edək ki, Pərviz Seyidli Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Bir neçə qısametrajlı film çəkib, “Dəfnə ağaçı” və “Sən olmasaydın. Qisas” seriallarının ssenari müəllifidir. “Maraqlı fiqur və yaxud siçan qadın” hekayəsi əsasında Əməkdar artist Vidadi Həsənovun quruluşunda tamaşa hazırlanıb. “Pişik qız” romanı universitet tələbələrinin xaotik həyat tərzi və başlarına gələn hadisələrdən bəhs edir. Təqdimatda sərgilənən fotolar isə obrazların prototipləri idi.
Lalə Azəri
Mədəniyyət.-
2017.- 15 fevral.- S.10.