Əməkdar artist Kübra Dadaşova vəfat edib
Azərbaycan mədəniyyətinə itki üz verib.
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrının aktrisası,
Əməkdar artist Kübra
Məmmədağa qızı
Dadaşova uzun sürən xəstəlikdən
sonra 2017-ci il
fevralın 12-də 59 yaşında
vəfat edib.
Kübra Dadaşova 1957-ci il
avqustun 31-də tanınmış
teatr xadimi, aktyor, Əməkdar artist Məmmədağa Dadaşovun
ailəsində anadan olub. 1985-ci ildə
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
Mədəni-maarif fakültəsini
bitirib. Yaradıcılıq fəaliyyətinə tələbə ikən -
1982-ci ildə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
başlayan aktrisa, ömrünün sonuna qədər bu sənət ocağında
çalışıb, bir-birindən
maraqlı dramatik və komik rollar
ifa edib.
Cicixanım (“Qonşu qonşu olsa, kor qız
ərə gedər”, R.Əfəndiyev), Mənzərə
(“Pul dəlisi”, Ə.Orucoğlu), Nazlı
(“O da mənəm, bu da”, D.Mehdi),
Mürəbbiyə (“Danışan
gəlincik”, A.Şaiq),
Xeyransa (“Nəsrəddin”,
Y.Əzimzadə), Qəmərbanu,
Ziba xala, Zübeydə (“Mahmud və
Məryəm”, “Ağ
dəvə”, “Buzovna kəndinin əhvalatları”,
Elçin), Rəhilə
(“Ah, qadınlar, qadınlar”,
M.Haqverdiyev), Zümrüd
(“Mən səni sevirəm”, Ə.Əmirli)
və digər obrazlar aktrisanın zəngin yaradıcılığının
bir hissəsidir.
İstedadlı aktrisa gənc
yaşlarından bir sıra televiziya tamaşalarında və filmlərdə (“Yalan”, “Yuxu”, “Ölüm növbəsi” və s.) müxtəlif rollara çəkilib.
Milli səhnə mədəniyyətimizin
inkişafında xidmətlərinə,
qazandığı sənət
uğurlarına görə
16 may 2006-cı ildə Azərbaycan
Respublikasının Əməkdar
artisti fəxri adına layiq
görülüb.
Kübra Dadaşovanın əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.
Allah rəhmət
eləsin.
Mədəniyyət
və Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı
Mədəniyyət.-
2017.- 15 fevral.- S.14.