Xocalı qurbanlarının xatirəsinə
həsr edilən musiqi proqramı
Fevralın 23-də
Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi
“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi
ilə Lüksemburqda Xocalı
soyqırımı qurbanlarının xatirəsinə həsr
edilən musiqi proqramı təqdim edəcək.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təqdim
ediləcək musiqi proqramında Nəzrin
Əfəndiyeva (fortepiano), Astrid Qallez (yan fleyta) və Mari-Karmen Suarez (skripka) Azərbaycan, alman, rus və fransız bəstəkarlarının
klassik və müasir
əsərlərini səsləndirəcəklər.
Mədəniyyət.-
2017.- 15 fevral.- S.14.