“Birlikdə bayram edirik”
İsveçrədə beynəlxalq festivalda
Azərbaycan rəqsləri rəğbətlə
qarşılanıb
Fevralın 11-də İsveçrənin Bazel şəhərində “Birlikdə bayram edirik” adlı beynəlxalq festival keçirilib. On beş ölkənin təmsil olunduğu festivalda Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşəbbüsü ilə ölkəmizin mədəniyyətinin də təqdimatı keçirilib.
Tədbir
zamanı İtaliyada yaşayan
azərbaycanlı xoreoqraf Mais
Nuriyevin rəhbərliyi altında fəaliyyət
göstərən qrup Azərbaycan milli rəqslərindən ibarət proqramla bir neçə dəfə
çıxış edib və bu çıxışlar
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb. 300-dən artıq qonağın iştirak etdiyi tədbir
çərçivəsində iştirakçılar Azərbaycan
şirniyyatlarının da dadına
baxıblar.
Mədəniyyət.-
2017.- 15 fevral.- S.16.