Tarix və mədəniyyət abidələri və nəşriyyat işi haqqında qanunlara dəyişiklik edilib

 

 

   Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunanPrezident İlham Əliyev tərəfindən 30 dekabr 2016-cı il tarixdə imzalananTarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Nəşriyyat işi haqqında” qanunlara dəyişiklik edilməsi barədə müvafiq qanunlar fevralın 15-də rəsmi mətbuatda dərc olunub.

   Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 1-ci maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilib: Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər”. Dəyişiklik “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununReklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli qanununa uyğunlaşdırmaq məqsədilə edilib.

   Həmçinin “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanununaReklam haqqında” 2015-ci il 15 may tarixli qanununa uyğunlaşdırmaq məqsədilə dəyişiklik edilib, qanunun 17-ci maddəsinin mətni yeni redaksiyada verilib.

 

Mədəniyyət.- 2017.- 17 fevral.- S.2.