Soydaşımız Londonda
konsert verəcək
Parisdə yaşayan pianoçu və bəstəkar Renara Axundova martın 9-da Londonda “Rossotrudniçestvo” agentliyinin Böyük Britaniyadakı nümayəndəliyində “Art is Truth” adlı solo konsert proqramı ilə çıxış edəcək.
Renara Axundova Bakıda
anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyası nəzdində
musiqi məktəbində
alıb. Moskva Dövlət Universitetinin
iqtisadiyyat fakültəsini
bitirdikdən sonra tale
onu Parisə gətirib. Burada musiqi sənəti
ilə ciddi məşğul olmağa
başlayıb. 2007-ci ildən bir sıra Avropa ölkələrində konsert
proqramları ilə çıxış edib.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.2.