Dünya turizm sənayesinin rəhbərləri İstanbulda bir araya gəlib

 

 

 

   Dünya Turizm Forumunun III Qlobal toplantısında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edir

  

   Fevralın 16-da İstanbulda Dünya Turizm Forumunun III Qlobal toplantısı (World Tourism Forum Global Meeting) işə başlayıb. Dünya Turizm Forumu Türkiyənin təşəbbüsü ilə yaradılan dünya turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq platformadır. Forumun ildə üç regional Türkiyə Prezidentinin himayəsi ilə bir qlobal toplantısı keçirilir. İstanbulun ev sahibliyi etdiyi Dünya Turizm Forumu III Qlobal toplantısına bu il 20-dək ölkədən nazirlər daxil olmaqla, bütün dünyadan 3 minə yaxın iştirakçı qatılıb.

   Qlobal toplantıda mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.

   Rəsmi açılış mərasimində Türkiyənin mədəniyyət turizm naziri Nəbi Avcının qısa salamlama sözündən sonra Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edib. Baş nazir dünyada sülhün sabitliyin bərqərar olunmasını beynəlxalq turizmin əsas inkişaf istiqaməti kimi dəyərləndirərək vurğulayıb ki, turizm mədəniyyətlərin inteqrasiyasında, xalqlar arasında fərqli cəhətlərin yaxınlaşmasında mühüm əhəmiyyət daşıyır.

   Qeyd edək ki, builki forumun əsas mövzusuProblemsiz təhlükəsiz səyahət”dir.

   Binəli Yıldırım bildirib ki, indi dünyada tam təhlükəsiz ölkə yoxdur: “Terror hər yerdə var - Orta Şərqdə , Avropada da, ABŞ-da, Uzaq Şərqdə . Biz terrordan qorxmamalıyıq, terrordan qorxsaq, onu törədənlərin çörəyinə yağ yaxarıq. Bu gün ABŞ Avropa qədər təhlükəsizdirsə, Türkiyə o qədər təhlükəsizdir, Paris qədər təhlükəsizdirsə, İstanbul da o qədər təhlükəsizdir, Bakı qədər təhlükəsizdirsə, İzmir o qədər təhlükəsizdir”.

   Baş nazir son 15 ildə Türkiyədə turizm nəqliyyat sektorlarının inkişafı ölkədə həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verib. İldə 160 milyon sərnişini qəbul edib, yola salacaq yeni İstanbul aeroportunun ilk bölümünün 2018-ci ildə açılacağını nəzərə çatdıran B.Yıldırım turizmin inkişaf etdirilməsi üçün tarixi mirasların bərpasının önəmini qeyd edib.

   Qlobal toplantının ilk günündə nazir Əbülfəs Qarayev bir sıra rəsmi şəxslərlə fikir mübadiləsi aparıb.

   Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında İstanbulda artıq üçüncü dəfə Dünya Turizm Forumunun keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Forum bizim regionda ən mötəbər hadisələrdən biri sayılır. Azərbaycan daimi olaraq forumda mövqeyini çox fəal nümayiş etdirir. Forum çərçivəsində bir neçə görüşdə iştirakımız nəzərdə tutulub. Türkiyədə fəaliyyət göstərən Azərbaycanın turizm təmsilçiliyi bu işə fəal qatılıb” (Report.az).

   Nazir qeyd edib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr o qədər geniş inkişaf edib ki, bunu hansısa çərçivəyə salmaq düzgün olmaz. Bizim marağımız ondan ibarətdir ki, Türkiyədən Azərbaycana daha çox turist məqsədləri üçün gələn insanlar olsun.

   Əbülfəs Qarayev bunun üçün xüsusi proqramların hazırlandığını, şirkətlərlə danışıqlar reklam kampaniyaları aparıldığını diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycan bu gün turizm üzrə dünya xəritəsində özünəməxsus yer tutub. Bu yerin daha da genişləndirilməsi onun inkişafına dair işlər görülməlidir”.

   Qeyd edək ki, Dünya Turizm Forumunun III Qlobal toplantısı çərçivəsində nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada mədəniyyət turizm naziri Əbülfəs Qarayevin, həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildəİnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

   Fevralın 18-dək davam edəcək toplantıda 20 ölkədən 150-dək beynəlxalq məruzəçi dinləniləcək. Bundan başqa, “Tourism 100” adlı təqdimatla dünyanın 100-dək nəhəng turizm şirkətinin adı açıqlanacaq.

   Dünya Turizm Forumunun başqanı Bulut Bağçı tədbirin önəmini qeyd edərək dünya turizminin yüksək səviyyəli təmsilçilərini, turizm sənayesi nümayəndələrini bir araya gətirən ikinci belə platforma olmadığını vurğulayıb. O, Forumun builki toplantılarının ABŞ, Qətər və Çində davam edəcəyini deyib.

 

Mədəniyyət.- 2017.- 17 fevral.- S.3.