“Şəhid şəhər”
uşaqların gözü ilə
Xocalı
soyqırımının 25-ci ildönümünə həsr
olunmuş rəsm sərgisi
Fevralın 24-də Bakıdakı Xətai Sənət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirin əsas məqsədi Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımını uşaqların gözü ilə yad etməkdir. Sərgidə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə elan olunmuş respublika uşaq rəsm müsabiqəsinə təqdim edilmiş rəsmlər nümayiş olunacaq.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.3.