Bölgələrdəki mədəniyyət
müəssisələrinə metodiki
köməklik göstərilir
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları uşaq musiqi və incəsənət məktəblərinə elmi-metodik kömək göstərmək məqsədilə 13-15 fevral tarixində Ağdaş və Göyçay rayonlarına ezam olunublar.
Tədbirlərdə həmin rayonların uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti iştirak edib. Məktəblər arasında əlaqələrin inkişafı, tədrisin səviyyəsinin yüksəldilməsi məsələləri ilə bağlı diskussiya aparılıb.
Metodiki kömək çərçivəsində məktəblərin rəhbərlərinə Elmi-Metodik Mərkəz tərəfindən həyata keçirilən və gələcəkdə nəzərdə tutulan işlər barədə məlumat verilib, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim edilib.
* * *
Fevralın 14-də isə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən Göyçay rayonunda mədəniyyət müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) potensialının istifadəsi ilə bağlı növbəti səyyar seminar keçirilib.
Göyçay rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Elmi-Metodik Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə mədəniyyət müəssisələrində internetdən istifadə qaydaları haqqında ümumi məlumat verib. Təbliğat və statistik araşdırmalar şöbəsinin sektor müdiri İrina Özçoban çıxış edərək, mədəniyyət müəssisələrində İKT-nin rolu, sosial şəbəkələrdəki rəsmi səhifələri, müsbət imicin formalaşdırılması üsulları barədə danışıb.
Seminar
zamanı iştirakçıların İKT və təbliğat
sahəsində sualları cavablandırılıb, tövsiyələr
verilib. “Mədəniyyətin təbliğində
sosial şəbəkənin rolu və təhlükəsiz istifadə
qaydaları”, “Mədəniyyət müəssisələrində
İKT-nin tətbiqi üzrə ilkin biliklər” adlı metodiki
vəsaitlərin təqdimatı olub.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.6.